Lavrov: ABŞ Suriyanı dağıtmaq istəyir
ABŞ-ın daxil olduğu bir sıra ölkələrin Suriyanı bölməyə çalışdığına dair sübutlar getdikcə artır.
RİA Novosti-nin verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ABŞ tərəfindən yaradılan kiçik bir qrup Suriyanı parçalamağa cəhd edir”, - deyə S.Lavrov qeyd edib.
Mənbə:> Virtualaz.org