Tramp: Onlar bizi səfeh sayırlar
ABŞ prezidenti Donald Tramp Çinə xəbərdarlıq edib.
Tramp Fox News telekanalının canlı yayımında Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazır olduğunu bəyan edib.
“Əgər Pekin dayanmasa, Çin iqtisadiyyatına daha ağır zərbə vurmağa hazıram. Biz yüksək effektə nail olduq. Onların iqtisadiyyatı sürətlə geriləməyə başladı. Mənim bu prosesi gücləndirmək üçün imkanlarım var. Onlar uzun müddət yaxşı yaşayıblar. Mənə elə gəlir ki, onlar bizi səfeh sayırlar, lakin amerikalılar belə deyillər”, - deyə o vurğulayıb.
Oxu.az qeyd edir ki, Tramp bu bəyanatını ABŞ qiymətli kağızlar bazarının çökməsi fonunda səsləndirib.
Mənbə:> Virtualaz.org