Tramp İranı ağır sanksiyalarla qorxutdu
ABŞ prezidenti Donald Tramp İranın heç vaxt nüvə silahına sahiblənməməsi üçün BMT Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək ölkəsi ilə əməkdaşlıq etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasında çıxış edən Tramp Tehran və Moskvanı Suriyada qan axıdılmasına imkan verdiklərinə görə ittiham edib.
Bununla belə o, İran, Suriya və Rusiyaya İdlibdə hərbi əməliyyatdan geri çəkildiklərinə görə təşəkkür edib.
Tramp həmçinin bildirib ki, ABŞ İrana qarşı daha sərt sanksiyalar tətbiq etmək niyyətindədir.
Mənbə:> Oxu.Az