Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək istəyir
ABŞ prezidenti Donald Tramp Suriya rejiminə dəstək verdiyi üçün Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.
APA-nın məlumatına görə, bunu ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib.
N. Heyli deyib ki, ABŞ administrasiyası Rusiya və İrana qarşı daha sərt yeni sanksiyalar tətbiq etmək barədə müzakirələrə başlayıb.
Mənbə:> APA