ABŞ İranla sazişi ləğv edir
ABŞ İranla dostluq haqqında 1955-ci il müqaviləsini ləğv edir.
Oxu.Az xəbər verir ki, bunu ABŞ baş katibi Mayk Pompeo bildirib.
Bu qərar BMT Beynəlxalq Məhkəməsinin İranın ABŞ-a qarşı iddiasını qismən təmin etməsindən sonra qəbul olunub. Məhkəmə qərarında qeyd olunur ki, Vaşinqton 1955-ci ildə İranla imzalanan dostluq müqaviləsinin müddəalarını pozur.
Qeyd edək ki, ABŞ İrana qarşı sanksiyaları bərpa edəcəyini bəyan etdikdən sonra Tehran BMT Beynəlxalq Məhkəməsində iddia qaldırıb.
Mənbə:> Oxu.Az