ABŞ İranla nüvə sövdələşməsindən çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ İranla nüvə sövdələşməsindən çıxdı

ABŞ İranla nüvə sövdələşməsindən çıxdı

ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlı nüvə sövdələşməsindən çıxdığını elan edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ prezidenti deyib: “İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran “Hizbullah”, Həmas, Taliban və “Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm”.

Yeri gəlmişkən, bundan əvvəl İranın prezidenti Həsən Ruhani, Birləşmiş Ştatların birtərəfli olaraq sazişdən çıxacağı təqdirdə, tarixində heç vaxt keçirmədiyi peşmançılığı keçirəcəyini bildirib.

Xatırladaq ki, 2015-ci ildə bağlanmış Vyana sazişinə əsasən, İran uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırıb. Bunun əvəzində Qərb ölkələri Tehrana qarşı iqtisadi sanksiyaları yumşaltmağa razılaşıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *