Fransa İran kəşfiyyatının hesablarını dondurdu
Fransa hökuməti İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin (“Ettelaat”), habelə iki nəfər iranlının bank hesabını dondurduqlarını açıqlayıb.
Fransa KİV-də dərc olunan məlumata görə, hesabı dondurulan fərdi şəxslərdən birinin adı Əsədolla Əsədi kimi göstərilir. Bu, Fransaya qarşı terror aktı hazırlamaqda şübhəli bilinən İran dilomatının da adıdır.
Dünən Almaniyanın Bamberg şəhərinin məhkəməsi İranın müxalifət təşkilatı olan “İran xalq mücahidləri”nin keçirəcəyi görüşdə iştirak etməyə hazırlaşan Ə.Əsədinin Belçikaya ekstradisiyasına icazə verib.
Onu da qeyd edək ki, Fransanın Qrand-Sent rayonunda polis "Centre Zahra France" (Fransa Zəhra Mərkəzi) müsəlman təşkilatının mənzil qərargahında antiterror əməliyyatı keçirir.
Bildirilir ki, bu qurumun rəhbərləri "bir neçə terror təşkilatına" yardımda şübhəli bilinirlər. Həmin şəxslərin evlərində də axtarışlar aparıldığı qeyd edilir.
Mənbə:> Virtualaz.org