Fransanın “Total” şirkəti İranın qaz layihəsini tərk edə bilər » AzNews.info -Xəbər portalı

Fransanın “Total” şirkəti İranın qaz layihəsini tərk edə bilər

Fransanın “Total” şirkəti İranın qaz layihəsini tərk edə bilər

Çinin neft-qaz şirkəti – CNPC İranın “Cənubi Pars 11” qaz layihəsində iştirak edən Fransanın “Total” şirkətinin payını almaq imkanlarını nəzərdən keçirir.

Bu barədə Çin şirkətindəki mənbə bildirib.

Xatırladaq ki, İran Milli Neft Şirkəti ötən ilin iyul ayında “Cənub Pars” yatağının 11-ci fazada işlənməsinə dair “Totat”la müqavilə bağlayıb. Dəyəri 1 mlrd. ABŞ dolları olan layihədə Fransa şirkəti 50,1%, CNPC 30%, İranın “Petropars” şirkəti isə 19,9% paya malikdir.

Bu günlərdə “Total” bəyan edib ki, layihədən çıxa bilər. Şirkət buna səbəb kimi ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaları əsas gətirib. “Total”ın layihədə qala bilməsi üçün Fransa və Avropanın müvafiq orqanları ABŞ hakimiyyətindən xüsusi icazə almalıdırlar ki, “Total” gələcəkdə sanksiyalara məruz qalmasın.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *