Paşinyan müxalifətlə razılığa gələ bilmədi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Paşinyan müxalifətlə razılığa gələ bilmədi

Paşinyan müxalifətlə razılığa gələ bilmədi

Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələ bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla Respublika partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryanın görüşündə müzakirə edilib.

Virtualaz.org “Sputnik Armeniya”ya istinadən bildirir ki, görüş "Armeniya-Mariott" mehmanxanasının yanındakı kafedə keçib və təxminən yarım saat çəkib.

Paşinyan qeyd edib ki, danışıqlar bir görüşlə məhdudlaşa bilməz, amma bu mərhələdə Ermənistanın Respublika partiyası özünü qeyri-konstruktiv aparır: "Əgər partiya üzvlərinin açıqladıqları fikirlərə nəzər salsaq görərik ki, onlar parlamentə seçkilərin yalnız 2022-ci ildə keçirilməli olduğunu bildirirlər. Belə yanaşma qeyri-konstruktivdir. Xalq növbədənkənar seçkilər tələb edir".

Vaqram Baqdasaryan isə parlamentə növbədənkənar seçkilərin ilin sonuna kimi keçirilməsini qeyri-mümkün hesab edir: "Noyabrda mümkün deyil. Bunun üçün vaxt lazımdır. Vaxt lazımdır ki, siyasi güclər seçkilərə hazırlaşmaq imkanına malik olsunlar. Qısa müddətdə bu mümkün deyil".

N.Paşinyanın sözlərinə görə, o bütün parlament fraksiyalarının rəhbərləri ilə görüşməyə hazırlaşır, zərurət yaranarsa, hətta parlamentdənkənar güclərlə də...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *