ABŞ-da Azərbaycana hörmətsizlik
ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib.
Musavat.com xəbər verir ki, həmin şəhərin "Merliend" adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq "respublika"ya verdikləri ada uyğun olaraq "Arsax"adlandırılıb.
Bununla bağlı qərar isə bu ilin martın 14-də qəbul olunubmuş.
Prospekt Uilson və Harvard küçələri arasında yerləşir.
Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.
Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota təqdim etmişdi.
Mənbə:> Musavat.com