Ermənistanın yeni prezidenti Qarabağdakı separatçıların lideri ilə görüşdü
Ermənistan prezidenti Armen Sarkisyan bu gün Yerevanda Qarabağdakı separatçı rejimin lideri Bako Saakyanla görüşüb.
Virtualaz.org bildirir ki, bu barədə “DQR” “prezidenti” “aparatının” informasiya idarəsi məlumat yayıb.
Görüşdə Ermənistanla “DQR”in qarşılıqlı əlaqələrinə aid bir sıra məsələlər müzakirə edilib.
Əsas diqqət Ermənistan paytaxtında baş verən son hadisələrə yönəldilib. “Tərəflər” daxili siyasi sabitliyin saxlanılmasının və bütün mübahisəli məsələlərin dialoq yolu ilə və qanun çərçivəsində həll olunmasının zəruriliyini qeyd ediblər.
Mənbə:> Virtualaz.org