Dağlıq Qarabağın adı dəyişdirilir » AzNews.info -Xəbər portalı

Dağlıq Qarabağın adı dəyişdirilir – SEPARATÇILAR TƏRƏFİNDƏN

Dağlıq Qarabağın adı dəyişdirilir

İşğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən, Dağlıq Qarabağ “Artsax Respublikası” adlanacaq.

Virtualaz.org “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Dağlıq Qarabağın milli məclisi”nin sədri Aşot Qulyan bildirib.

“Artıq “Dağlıq Qarabağ Respiblikası”nın (ayırma bizimdir – virtualaz.org) konstitusiyası deyil, Artsax Respublikasının konstitusiyası olacaq. Bu o deməkdir ki, konstitusiyada subyekt dəyişir və uzun illər ərzində danışdığımız həyata keçirilir – biz tarixi, əzəli adımıza qayıdırıq və bu, yeni konstitusiyanın elə ilk bəndində öz əksini tapacaq”, - Qulyan deyib.

Məlumatda o da qeyd olunur ki, “yeni konstitusiya”nın layihəsi separatçıların lideri Bako Saakyanın təsdiqinə təqdim ediləcək.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *