Qarabağın işğalçı ordusu: “Azərbaycan aerodromlarına zərbələr endirəcəyik" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Qarabağın işğalçı ordusu: “Azərbaycan aerodromlarına zərbələr endirəcəyik"

Qarabağın işğalçı ordusu: “Azərbaycan aerodromlarına zərbələr endirəcəyik"

Separatçı “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Levon Mnatsakyan bildirib ki, Qarabağın işğalçı ordusu ehtiyac olduğu halda, Azərbaycanın aerodromlarına da zərbələr endirməyə hazırdır.

Virtualaz.org-un məlumatına görə, o bunu “Armenia TV” telekanalına müsahibəsində deyib.

“Müdafiə naziri” qeyd edib ki, son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin toplaşması müşahidə olunur.

“Ehtiyac yaranarsa, onlara zərbələr endiriləcək, amma biz hazırkı vəziyyətdə bunu məqsədəuyğun hesab etmirik. Onlar bizim silahlarımızın vura biləcəyi məsafələrdə yerləşirlər. Bizim 120 kilometr dərinliyi vura biləcək hərbi vasitələrimiz var, lazım olarsa, onlardan istifadə edəcəyik. Biz strateji və hərbi obyektlərə, eləcə də, aeroportlara zərbə endirə bilərik", - deyə o vurğulayıb.

"İndiki vaxtda neft quyularına zərbələr endirməyə ehtiyac yoxdur, çünki hədəfdə əsas hərbi obyektlərdir", - deyə “müdafiə naziri” əlavə edib.

Qarabağın işğalçı ordusu: “Azərbaycan aerodromlarına zərbələr endirəcəyik"

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *