Suriyada ölən rus əsgərlərinin sayı açıqlandı
Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri Viktor Bondarev ölkəsinin Suriyada əməliyyatlara başlamağının üçüncü ildönümü səbəbilə açıqlama verib.
Oxu.Az xəbər verir ki, o, “Hazırda Silahlı Qüvvələrimizin Suriyada itkiləri 112 nəfər təşkil edir. Onun da təxminən yarısı qəzaya uğramış An-26 və vurulmuş İl-20-nin payına düşür. Texnika cəhətdən 8 təyyarə, 7 vertolyot və ola bilsin ki, 1-2 “BTR” və zirehli maşın itirilib”, - deyə bildirib.
Sədr söyləyib ki, 2003-2006-cı illərdə İraqda gerçəkləşən əməliyyatlarda ABŞ koalisiyası 2 min 5151 əsgər, 10-20 tank, ən az 50 zirehli maşın, 15 təyyarə və 80 helikopter itirib.
Qeyd edək ki, 6 mart tarixində Rusiyaya məxsus An-26 nəqliyyat təyyarəsinin texniki problemlər səbəbilə qəzaya uğraması 39 rus əsgərinin ölümü ilə nəticələnmişdi.
Mənbə:> Oxu.Az