Rusiyaya məxsus hərbi təyyarə qəzaya uğrayıb
Britaniyanın “Combat Aircraft” jurnalı Rusiyaya məxsus MİQ-29 qırıcı təyyarəsinin Aralıq dənizində qəzaya uğraması barədə məlumat yayıb.
Oxu.Az xəbər verir ki, nəşrin mənbələrinin məlumatına əsasən, aviaqəza noyabrın 13-də yerli vaxtla saat 17:30-da baş verib.
Təyyarə təlim zamanı “Admiral Kuznetsov” aviadaşıyıcı gəmiyə eniş edərkən suya düşüb. Pilot katapult edərək sağ qalıb.
Rusiya Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Mənbə:> Oxu.Az