Putin Rusiya-Azərbaycan münasibətləri haqda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Putin Rusiya-Azərbaycan münasibətləri haqda

Putin Rusiya-Azərbaycan münasibətləri haqda


Rusiya və Azərbaycan liderləri ümid edirlər ki, hər iki ölkənin şirkətləri Xəzər regionunda perspektiv layihələri, o cümlədən neft və qaz hasilatı sahəsindəki layihələri fəal reallaşdıracaqlar.

“Ümid edirik ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər regionundakı perspektiv layihələrin reallaşdırılması ilə fəal məşğul olacaqlar. İlk növbədə, bunlar nəqliyyat, yük daşınması, neft və qaz hasilatı, ekologiya və şübhəsiz ki, bioehtiyatlar sahələridir”, - Rusiya prezidenti Bakıda keçirilən Doqquzuncu Rusiya-Azərbaycan Regionlararası Forumda deyib.

Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, Putin Azərbaycan bazarında Rusiyanın energetika şirkətlərinin uğurlu işini xatırladıb. Ələlxüsus, Azərbaycanın dövlət korporasiyası ilə “Rosneft”in birgə işi vurğulanıb ki, bu şirkətlər tezliklə neft-qaz yatağının kəşfiyyatına və mənimsənilməsinə başlayacaqlar.

“Azərbaycandakı energetika layihələrinə “LUKoil” 4 milyard dollar investisiya qoyub, bizim neft nəqli üzrə aparıcı inhisarçımız olan “Transneft” isə Azərbaycan neftinin Bakı – Novorossiysk neft kəməri vasitəsilə etibarlı tranzitini təmin edir”, - Putin deyib.

O qeyd edib ki, avtomobil tikintisində kooperasiyanın dərinləşdirilməsi üçün yaxşı imkanlar mövcuddur. “Azərbaycanlı investorlar Rusiyada kənd təsərrüfatı obyektlərinin tikintisində iştirak edirlər. Bunların arasında, misal üçün, Nijni Novqorod vilayətindəki istixana kompleksini göstərmək olar – burada investisiyaların həcmi 1 milyard rubldan çox təşkil edib, eyni zamanda Krasnodar vilayətində qida məhsullarının istehsalı üzrə birgə müəssisə fəaliyyət göstərir”, - Rusiyanın dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, Xəzər dənizinin statusu barədə konvensiya da iki dövlət arasında qarşılıqlı faydalı kooperasiya üçün yeni imkanlar açıb. Eyni zamanda, onun fikrincə, bu sazişin tammiqyaslı işləməsi üçün hələ çox iş görülməlidir.

* * *15:55

Rusiya və Azərbaycan öz münasibətlərini qarşılıqlı hörmət və maraqların balansı üzərində qurur. Virtualaz.org Rusiya rəsmi KİV-lərinə istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan prezident Vladimir Putin iki ölkə regionlararası forumunda çıxışı zamanı deyib.

“Bütövlükdə Rusiya ilə Azərbaycan arasında münasibətlər haqda danışarkən qeyd etmək istərdim ki, bizim dövlətlərimiz arasında münasibətlər xeyirxah qonşuluq və qarşılıqlı hörmət üzərində qurulub. Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq”-Putin deyib.

Rusiya prezidenti qeyd edib ki, iki ölkə liderlərinin sentyabrın 1-də Soçidəki danışıqlarının gedişində sənədlər və razılaşmalar paketi imzalanıb, bu da Rusiya ilə Azərbaycan arasında dövlətlərarası əlaqələrin sonrakı quruculuğu üçün əlavə baza yaradır. Putin Azərbaycanda Rusiyanın iştirakı olan 700-dən çox birgə şirkətin fəaliyyət göstərdiyini, Azərbaycana birbaşa Rusiya investisiyalarının həcminin 1.5 milyard dollar olduğunu bildirib.

O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı nəzərəçarpacaq dərəcədə-12 faiz artıb, bu da yarım milyard dollar deməkdir. “Bizim tərəfdaşlarımız bu sferaya artan maraq göstərir”-Putin bildirib.

* * *15:40

Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.

Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış etdilər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *