Vladimir Putin: “Heydər Əliyev əsl lider olub” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”

Vladimir Putin: “Heydər Əliyev əsl lider olub”

“Heydər Əliyev görkəmli dövlət xadimi, əsl vətənpərvər və vətənin sədaqətli oğludur”.

Virtualaz.org bildirir ki, bu sözlər Rusiya Prezidenti Vladimir Putinin “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılış iştirkaçılarına göndərdiyi müraciətdə yer alıb. Müraciəti Rusiya Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub.

Putin müraciətdə qeyd edib ki, Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, böyük təşkilatçılıq qabiliyyəti, ən mürəkkəb məsələlərin mahiyyətinə diqqət yetirmək qabiliyyəti ona ölkədə və ölkənin sərhədləri xaricində böyük nüfuz qazandırıb.

“Mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana başçılıq edərək öz ölkəsinin əsl lideri olub, Azərbaycan cəmiyyətinin möhkəmləndirilməsi üçün çox iş görüb. Qeyd edim ki, Heydər Əliyev ölkənin inkişafı üçün Rusiya ilə konstruktiv tərəfdaşlıq, mehriban qonşuluq münasibətləri və qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını əsas şərtlərdən biri hesab edirdi. Sevindirici haldır ki, Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyev bu kursu layiqincə davam etdirir”.

Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərginin açılışı olub. Tədbir Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti administrasiyaları və Heydər Əliyev Fondu tərəfindən təşkil olunub.

Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan sərgidə Rusiya və Azərbaycan tarixçiləri və arxivçilərinin Heydər Əliyevin həyat və fəaliyyəti haqqında topladığı materiallar təqdim edilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *