İsrail ordusu Rusiya təyyarəsinin vurulması barədə
İsrail tərəfi Rusiyaya məxsus İl-20 hərbi təyyarəsinin vurulması zamanı həlak olan 15 rusiyalı hərbçi ilə bağlı başsağlığı verib.
Oxu.Az NEWSru.co.il portalına istinadla xəbər verir ki, bununla bağlı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İsrail tərəfi təyyarənin vurulmasında bütün məsuliyyətin Əsəd rejiminin, İran və “Hizbullah”ın üzərinə düşdüyünü bildirib.
Məlumatlara görə, İsrail ordusu Latakiya rayonunda hərbi obyektlərə hücum edib. Ancaq İl-20 təyyarəsinin vurulması zamanı İsrail qırıcıları artıq İsrail ərazisində olub.
Mənbə:> Oxu.Az