İsrail ordusu HƏMAS postlarına zərbə endirdi
İsrail aviasiyası Qəzza zolağında Fələstin yaraqlılarına məxsus iki posta hava zərbələri endirib.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu addım İsrail tərəfinə tezalışan mayelərlə dolu hava balonlarının buraxılmasına cavab olaraq atılıb.
Buna bənzər aksiyalar yəhudi dövlətinin cənubunda böyük yanğınlara səbəb olur. İsrail tərəfi fələstinlilərin belə davranışlarına ciddi reaksiya verəcəyini və hərbi gücdən istifadə edəcəyini bəyan edib.
İsrail ordusunun məlumatında deyilir ki, “İsrail təyyarəsi Qəzza zolağının şimalında HƏMASın 2 postuna zərbə endirib. Onlar İsraildə yanğına səbəb olan balonların havaya buraxıldıqları yerin biləvasitə yaxınlığında yerləşirlər”.
Daha öncə Qəzza zolağı ilə sərhədə gələn İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “orduya hava balonları terroruna son qoyulması tapşırığını verib”.
Mənbə:> Oxu.Az