Ərdoğan: Suriyada kürd terrorçularına qarşı mübarizə davam edəcək
Ankara Suriyada kürd terror qruplaşmalarına qarşı mübarizəni davam etdirəcək.
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra bəyan edib.
O qeyd edib ki, terrorçuların nəzarət etdiyi ərazilər təkcə İdliblə məhdudlaşmır.
Ərdoğan mübarizənin Türkiyənin təhlükəsizliyini təhdid edən bütün qruplaşmalara, xüsusən də YPG kürd terror qruplaşmasına qarşı davam etdiriləcəyini vurğulayıb.
“Hesab edirik ki, bu cür ərazilərin YPG-dən təmizlənməsi vacibdir”, - deyə o qeyd edib.
Mənbə:> Oxu.Az