Putin-Ərdoğan görüşündə İdliblə bağlı razılaşma əldə olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Putin-Ərdoğan görüşündə İdliblə bağlı razılaşma əldə olundu

Putin-Ərdoğan görüşündə İdliblə bağlı razılaşma əldə olundu


Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bəyan edib.

Rusiya prezidenti türkiyəli həmkarı ilə konstruktiv danışıqlar keçirdiyini bildirib.

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4,5 saat davam edib.

Konkret olaraq oktyabrın 15-dək İdlibdə müxalif qüvvələrlə Suriya ordusunun təmas xəttində eni 15-20 kilometr olan demilitarizasiya zonasının yaradılması qərara alınıb.

16.09

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğanın olduğu “CAN” təyyarəsi günorta saatlarında Soçiyə eniş edib.

Bu dəqiqələrdə isə Türkiyə prezidenti ilə rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başlayıb.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii sərvətlər naziri Fatih Dönməz, maliyyə naziri Berat Albayrak, müdafiə naziri Hulusi Akar və ticarət naziri Ruhsar Pekcan Ərdoğanı Soçi şəhərində müşayiət edir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *