ABŞ 2 İran əsgərini öldürdü
İraqın Tikrit şəhərində ABŞ-a aid pilotsuz təyyarələrin həyata keçirdiyi əməliyyat zamanı İran inqlabı keşikçiləri korpusunun 2 əsgəri öldürülüb.
ANS PRESS-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, İran inqlabı keşikçiləri korpusu faktı təsdiqləyib.
Bildirilir ki, Hadi Cəfəri və Əli Yezdani adlı korpus mənsubları biri paytaxt Tehranda, digəri Amul şəhərində keçirilən hərbi mərasimlə torpağa tapşırılıblar.
Açıqlamada həmin hərbçilərin Tikritdə İŞİD-ə qarşı mübarizə aparan İraq ordusuna və şiə silahlılarına təlim keçdikləri və ötən həftə pilotsuz təyyarələrin əməliyyatları zaman öldükləri bildirilib.
Mənbə:> ANSPRESS