İsraildən Avropaya ağır ittiham
İsrail baş naziri Binyamin Netanyahu Avropa ölkələrini Tehran rejiminə müqavimət göstərməməkdə ittiham edib.
Oxu.Az xəbər verir ki, Netanyahu Nazirlər Kabinetinin iclasında dünya birliyini terror təşkilatları ilə mübarizə üçün birləşməyə çağırıb.
O qeyd edib ki, İŞİD-lə (“İslam Dövləti” qruplaşması ) bağlı məsələdə bu tendensiya sezilsə də, İrana münasibətdə müşahidə olunmur.
Netanyahu Avropa dövlətlərini ABŞ prezidenti Donald Trampın Tehran rejiminə qarşı yönəlik səylərinə dəstək verməyə çağırıb.
Mənbə:> Oxu.Az