Ərdoğan Netanyahunu irqçilikdə günahlandırdı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail baş naziri Binyamin Netanyahunu irqçilikdə və fələstinlilərə qarşı hərbi cinayət siyasəti yürütməkdə ittiham edib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
“Netanyahu 60 il ərzində BMT-nin qətnamələrinə məhəl qoymayaraq məzlum insanların torpaqlarını işğal altında saxlayan aperteid dövlətinin baş naziridir
Onun əli fələstinlilərin qanına batıb və o, Türkiyəyə qarşı qalxmaqla bu cinayətləri ört-basdır edə bilməyəcək.
İnsanlığı öyrənmək istəyirsiz? On müqəddəs hökmü oxuyun”, - deyə Ərdoğan Twitter səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl Netanyahu öz Tvitter hesabında Ərdoğana səslənərək İsrailə ağıl verməməsini istəmişdi.
Mənbə:> Virtualaz.org