Netanyahu Trampa təşəkkür edib
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampa Qüdsü yəhudi dövlətinin paytaxtı kimi tanıması ilə bağlı qərarına görə təşəkkür edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yazır.
Netanyahu bildirib ki, Trampın qərarı “cəsur və ədalətlidir”.
Bundan əlavə baş nazir qeyd edib ki, bu qərar regionda “sülh və təhlükəsizliyin təmin edilməsi üçün vacib bir addımdır”.
Mənbə:> Oxu.Az