Putin Netanyahu ilə Suriyanı müzakirə etdi
Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub.
Virtualaz.org bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, liderlər Suriyadakı vəziyyəti müzakirə ediblər.
“Mayın 9-da Moskvada keçirilən danışıqların davamı olaraq, Suriya münaqişəsinin nizamlanması ilə bağlı bəzi aspektlər müzakirə olunub”, -deyə məlumatda qeyd olunur.
Bundan başqa, Putin və Netanyahu ikitərəfli münasibətlərin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Mənbə:> Virtualaz.org