Putin İlham Əliyevə zəng etdi
Rusiya prezidenti Vladimir Putin telefon danışığında Azərbaycanın başçısı İlham Əliyev ilə Suriya münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib, liderlər əlaqəni davam etdirmək barədə razılığa gəliblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.
“Prezidentlər telefon danışığında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəmin bir sıra aktual mövzuları müzakirə edilib”, - məlumatda deyilir.
“Liderlər Suriya tənzimlənməsi məsələsinə dair fikir mübadiləsi aparıb, Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatları dayandırılmasına dair müştərək qətnamənin mühümlüyünü vurğulayıblar”, - mətbuat xidmətindən qeyd ediblər.
Mənbə:> Oxu.Az