Paşinyan bağışlanmaz səhvə yol verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Paşinyan bağışlanmaz səhvə yol verdi – RƏY

Paşinyan bağışlanmaz səhvə yol verdi


Dünən Moskvada iş adamları ilə görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan elə səhvə yol verdi ki, yaxın saatlarda məsələyə aydınlıq gətirilməlidir.

Bunu Oxu.Az-ın müxbirinə azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa dair son bəyanatını şərh edərkən deyib.



Ü.Cəfərovun sözlərinə görə, bu, işğalçı dövlətin ən kobud və demək olar ki, düzəlməsi mümkün olmayan səhvidir:

“ATƏT-in Minsk qrupu və rəsmi Moskva Ermənistanın bu aşkar təxribatının qarşısını dərhal almalı idilər. Əgər indiyə kimi bunu etməyiblərsə, belə düşünmək olar ki, bu kobud ideya ona kənardan ötürülüb”, - ekspert deyib.

Saytın həmsöhbəti hesab edir ki, Azərbaycan yaranmış vəziyyətdə ATƏT və BMT TŞ-dən sərt şəkildə məsələyə aydınlıq gətirilməsini tələb etməlidir.

“Ermənistan bütün hüdudları aşdı və buna görə cavab verməlidir. Bu, Azərbaycanın bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması, milli maraqlarımıza qarşı etinasızlıqdır.

Üzdəniraq Dağlıq Qarabağ Respublikası – qondarma qurumdur və düşünürəm ki, tezliklə separatçılar beynəlxalq qanunlar qarşısında cavab verəcəklər”, - ekspert deyib.

Ü.Cəfərov əlavə edib ki, “bu həyasız (Paşinyan – red.) bir az da irəli gedərək hansısa güzəştlərdən söz açıb”.

“Bu onun çin olmayacaq yuxusudur ki, gələcəkdə işğal olunmuş Azərbaycan torpaqları Ermənistan ərazisinin bir hissəsinə çevriləcək. Onun sələfləri də bunu arzulayıblar, lakin onlar bəyanatlarda ehtiyatlı idilər, çünki nə ilə nəticələnəcəyini anlayırdılar. Bu küçə uşağı isə Putinlə görüşdən sonra belə axmaq bəyanat verib.

Hesab edirəm ki, ATƏT-in Minsk qrupu səlahiyyətlərindən imtina etməlidir ya da Paşinyana yerini göstərməlidir. Moskva isə bəyanatla çıxış edərək bunun səhv olduğunu və mövqeyinin dəyişmədiyini bildirməlidir. Hər şey beynəlxalq hüquq çərçivəsində olmalıdır”, - hərbi ekspert fikirlərini tamamlayıb.

Ukraynadan baxış

Ukraynalı politoloq Aleksey Voronenkonun fikrincə, erməni baş nazir Paşinyan müstəqil fiqur deyil və əgər bəyanat verirsə, deməli razılaşdırıb.



“Xüsusən də Moskvada olarkən o, müstəqil hərəkət edə bilməzdi. Buna görə də, onun nə dediyi yox, harada və nə zaman deməsi daha vacibdir.

Ermənistanın baş nazirinin bəyanatı Azərbaycanın, o cümlədən hərbi sahədə artan qüdrəti ilə əlaqəlidir. Elə isterikanın səbəbi də budur”, - ekspert əmindir.

Xatırladaq ki, Moskvada olarkən Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, gələcəkdə tanınmamış “Dağlıq Qarabağ Respublikası” Ermənistan ərazisinin tam hüquqlu tərkib hissəsi olmalıdır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #2
  • 25 sentyabr 2018 05:41
  • Yazan: Hied
Onun sələfləri də bunu arzulayıblar, lakin onlar bəyanatlarda ehtiyatlı idilər, çünki nə ilə nəticələnəcəyini anlayırdılar. geometry dash free game.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *