Metyu Brayza: "ABŞ Türkiyəni itirə bilməz" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Metyu Brayza: "ABŞ Türkiyəni itirə bilməz"

Metyu Brayza: "ABŞ Türkiyəni itirə bilməz"

"ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı sanksiyalarının genişləndirilməsi planları iki ölkənin münasibətlərində gərginliyin artmasına səbəb olub".

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş müavini Metyu Brayza "Washington Post" qəzetində nəşr olunan məqaləsində bildirib.

"Bu, gözlənilməz və düşmən davranış NATO-dakı müttəfiqə maksimum dərəcədə zərər vurmağa yönəlib", - o, ABŞ-ın Türkiyədən idxal olunan polad və alüminiuma görə gömrük rüsumlarının artırılması məsələsini şərh edərkən bildirib.

M.Brayzanın fikrincə, ABŞ administrasiyasının Türkiyə iqtisadiyyatını darmadağın etmək məqsədi daşıyan qərarları Türkiyə ilə müttəfiqlik münasibətlərindən imtina deməkdir. O, Türkiyədən imtina dəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki fəallığının azalacağını və koalisiyanın İŞİD-ə qarşı hələ başa çatmayan səylərini təhlükə altına salacağını bildirib.

Eyni zamanda M.Brayza ABŞ və Türkiyə arasında hərbi əməkdaşlıqda tərəfdaşlığın əhəmiyyətini göstərib. O bu baxımdan İncirlikdəki hərbi bazanın ABŞ-ın ölkə xaricində yerləşən digər hərbi bazalar arasında xüsusi rol oynadığını vurğulayıb.(

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *