Türkiyənin NATO-dan çıxması gündəmə gələcəksə bu tamamilə alyansın dağılması deməkdir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

Türkiyənin NATO-dan çıxması gündəmə gələcəksə bu tamamilə alyansın dağılması deməkdir – Hərbi ekspert

Türkiyənin NATO-dan çıxması gündəmə gələcəksə bu tamamilə alyansın dağılması deməkdir


NATO-nun Norveçdəki hərbi təlimlərində əsgərlərin hədəfinə (meşinə) Atatürk və Erdoğanın şəkilləri yerləşdirilib.

Buna görə də, 41 türkiyəli hərbçi təlimlərdən geri çağırılıb və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən insidenti çox ağır dillə tənqid edib. Ərdoğan açıqlamasında bildirib ki, "belə müttəfiqlik olmaz".

Bəzi ekspertlər baş vermiş olayın bilərəkdən edildiyi və Rusiya Türkiyə yaxınlaşmasına bir mesaj olduğunu iddia edir. Ərdoğanın "Belə müttəfiqlik olmaz" cümləsi bəzi ekspertlər tərəfindən Türkiyənin NATO-dan çıxa biləcəyi kimi şərh edilir.

Baş vermiş hadisə və Türkiyə NATO-dan çıxarsa yeni birliklərin yaranma ehtimalı ilə bağlı hərbi ekspert Tərlan Eyvazov "Ölkə.Az"a açıqlama verib:

"Türkiyənin Rusiya təyyarisini vurmaqla Qərb öz istəyinə çatmışdı və iki ölkənin münasibətləri çox ciddi şəkildə pisləşmişdi. Rusiyanın siyasətini tənqid etsək də, Rusiya ilə Türkiyənin əməkdaşlığı həm iki ölkənin həm də Azərbaycanın xeyirinədir. Azərbaycan iki ölkə arasında körpü rolunu oynayır".

Təlimdə baş vermiş hadisəyə gəldikdə isə hərbi ekspert bildirdi ki, bu təxribat xarakterlidir və hərbi, strateji müttəfiqə qarşı bu cür hərəkət yolverilməzdir.
Türkiyənin S-400 raket kompleksi alması və bunu edəcəyi təqdirdə Qərbin Türkiyəyə yeni silahlar satmayacağı ilə hədələməsini isə Tərlan Eyvazov bu cür şərh edib:

"Suriya problemi yeni başlayanda NATO Türkiyəyə "Patriot" raket sistemini yerləşdirdi. Ancaq bir müddət sonra NATO həmin raket sistemin Türkiyə ərazisindən çıxardı. Bununla yanaşı NATO bu raket kompleksini Türkiyəyə satmır. Bu da o deməkdir ki, Türkiyənin hava məkanı lazımi səviyyədə qorunmur. Belə olan təqdirdə Türkiyə öz hava məkanını qorumaq üçün Rusiyadan S-400 raket kompleksini almağa məcburdur. Eyni situasiyanı Azərbaycan da yaşayır. 907-ci düzəlişə görə Azərbaycana nə ABŞ və də Avropa İttifaqı ölkələri silah sata bilməz. Buna görə də, Azərbaycan Rusiya və İsraildən silah alır".

Türkiyənin NATO-dan çıxa bilmək və yeni birliklərin yaranması ehtimalı barədə isə hərbi ekspert bunları deyib:

"Xüsusilə Tramp ABŞ prezidenti seçildikdən sonra ABŞ-ın nəinki Türkiyə ilə, Avropa ilə də münasibətlərində gərginlik yaranıb. Hətta Avropa dövlətləri qərar qəbul edərək, Avropa müdafiə qoşunlarını yaratmaq istəyindədirlər. Avropa müdafiə qoşununun yaradılması NATO-dan ayrılmaq və yeni qurumun yaranması deməkdir. Əgər Türkiyənin NATO-dan çıxması gündəmə gələcəksə bu tamamilə NATO-nun dağılması anlamına gəlir. Çünki NATO dövlətləri arasında Türkiyə quru qoşunlarının sayına görə ikincidir və türk əsgəri NATO-nun hər zaman vuran əli olub.

Deməzdim ki, yaxın gələcəkdə Türkiyə və Rusiya silahlı qüvvələrinin ittifaqı yaranacaq. Ancaq Türkiyə, Pakistan, Azərbaycan hətta İranın da daxil olduğu hərbi birliyin yaranması mümkündür. Bu birlik Çinlə də əməkdaşlıq edə bilər. Çünki iqtisadçı ekspertlər bildirir ki, yaxın gələcəkdə Çin iqtisadi cəhətdən dünyanın bir nömrəli dövləti olacaq".

Sonda hərbi ekspert bildirib ki, NATO Türkiyənin bu qurumdan çıxmasına göz yummayacaq. Çünki NATO-nun beyin mərkəzi yaxşı bilir ki, Türkiyənin qurumdan çıxması onların xeyirinə olmayacaq.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *