Metyu Brayza: ABŞ İlham Əliyevi dəvət etməməklə böyük səhvə yol vermişdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Metyu Brayza: ABŞ İlham Əliyevi dəvət etməməklə böyük səhvə yol vermişdi

Metyu Brayza: ABŞ İlham Əliyevi dəvət etməməklə böyük səhvə yol vermişdi


2010-cu ildə Vaşinqtonda keçirilən Nüvə təhlükəsizliyi üzrə sammitə Azərbaycan prezidenti İlham Əliyevin dəvət edilməməsi Ağ Evin məsuliyyətsiz işinin nəticəsidir.

Oxu.Az xəbər verir ki, bu barədə “Vestnik Qafqaza”nın müxbiri ilə söhbətdə məşhur amerikalı diplomat, ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayza bəyan edib.

“ABŞ 2010-cu ildə Barak Obamanın Nüvə təhlükəsizliyinə dair ilk sammitinə prezident İlham Əliyevi dəvət etməməkdə böyük səhv etmişdi, halbuki Ermənistan və Gürcüstan prezidentləri tədbirə dəvət almışdılar”, - o deyib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevi Vaşinqtonda keçiriləcək Nüvə təhlükəsizliyi üzrə dördüncü sammitə dəvət edib. Bu barədə Azərbaycan Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter mikrobloqunda yazıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *