Putindən İlham Əliyevə xüsusi dəvət » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi

Putindən İlham Əliyevə xüsusi dəvət

Putindən İlham Əliyevə xüsusi dəvət


Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir.

ANS PRESS-in məlumatına görə, İlham Əliyev Qurban bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib.

Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin prezidentləri iştirak edəcək.

Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri dəvət edilib.

Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcək. Artıq Türkiyə, Çad, Sudan, Hindistan, ABŞ, Liviya və İraq nümayəndə heyətləri Moskvaya gələcəklərini bəyan ediblər.

Putindən İlham Əliyevə xüsusi dəvət


Böyük məscidin arxitekturasında türk rəssamlar iştirak ediblər. Burada qadın və kişilər üçün dua etməkdən ötrü ayrıca yerlər, konfrans zalları mövcuddur.

Məscid müasir üslübda tikilsə də islam memarlığına riayət olunub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *