Ərdoğan Adnan Oktar haqda danışdı QONŞUM OLUB, ƏXLAQSIZIN BİRİDİ...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan casusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Adnan Oktarla bağlı ilk dəfə açıqlama verib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, prezident Afrika səfəri zamanı ad çəkmədən “son zamanlarda gündəmə çevrilən adam” dediyi Oktarı “əxlaqsız” adlandırıb və onun qruplaşmasının FETÖ ilə bənzərliyi məsələsinə diqqət çəkib: “İstanbulda Üsküdar Burhaniyədə yaşadığım vaxt qonşum olub, amma şəxsən tanımıram. Əxlaqsız bir adamdı. Ədəbi yerində deyil. Sizin onlara əmanət etdiyiniz uşaqlarınızı, gənclərinizi alıb istədikləri kimi yetişdirir, sonra da rejimin içinə salıb buraları ələ keçirmə planları qururlar”.
Mənbə:> Virtualaz.org