Fəthullah Gülənlə Oktarı nə birləşdirir? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Fəthullah Gülənlə Oktarı nə birləşdirir?

Fəthullah Gülənlə Oktarı nə birləşdirir?


Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni və tükürpədici detallar ortaya çıxarır.

AzNews.info publika.az-a istinadən xəbər verir ki, Adnan Oktarı Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasında 7-8 ay müayinə edən psixiatriya mütəxəssisi, professor Səfa Sayğılının söylədikləri təşkilatın iç üzünü ortaya çıxarmaq baxımından çox əhəmiyyətlidir.

Professorun sözlərinə görə, Adnan Oktar özünü Mehdi, Fəthullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fəthullah Gülənin isə köməkçisi hesab edirdi.

O bildirib ki, Adnan Oktarın qrupun FETÖ-nün başqa bir versiyasıdır.

"Eyni metoddan tətbiq edir, eyni xüsusiyyətləri daşıyırlar. Hətta Adnan Oktar özünü Mehdi, Fəthullah Gülənin də köməkçisi olduğunu söyləyirdi. Özünü Mehdi hesab edənlərin zəif nöqtəsi özlərinə həddən artıq inanmalarıdır. Bu səbəbdən də hər cür rəzilliyə yol verirlər. Hər cür səhv edirlər və asanlıqla özlərini ələ verirlər", - Səfa Sayğılının vurğulayıb.

Professor qeyd edib ki, Adnan Oktar 1986-ci ildə həbs olunanda özünü Mehdi adlandırdığı üçün Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasına yerləşdirilmişdi. Onun sözlərinə görə, Adnan Oktarın hədəfi zəngin insanların uşaqlar idi.

"Dini təhsilləri olmayan insanları inandırırdı. Özünü mehdiliyə indekslənmişdi. Hədəfi bununla da şər imperiyası qurmaq idi", - o yekunlaşdırıb.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *