Adnan Oktar həbs olundu – VİDEO
Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur. İttihamlar arasında ən diqqət çəkən məqamın isə siyasi və hərbi casusluq olduğu görülür.
Adnan Oktarın İstanbulun Çəngəlköy məhəlləsindəki evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir. Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.
Həbslə baglı foto-videonu təqdim edirik:
Həmçinin səhər saatlarında Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirildiyi qeyd olunur.
Qeyd edək ki, 1999-cu ildə də Adnan Oktarın İstanbuldakı evinə basqın edilərək 75 müridi ilə birlikdə həbs olunmuşdu.
Mənbə:> Yeniavaz.com