Avropa Məhkəməsindən Adnan Oktar qərarı
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Adnan hoca" kimi tanınan Adnan Oktarın təhqirə məruz qaldığına dair Türkiyə əleyhinə qaldırdığı şikayətə rədd cavabı verib.
"Anadolu" agentliyi xəbər verir ki, qərar Oktarın iddiası araşdırıldıqdan sonra qəbul olunub.
Qərarda istifadəçilərin internet məkanında fikirlərini irəli sürərkən ənənəvi mediadan daha sürətli olduğu və hər zaman onlara nəzarət etməyin mümkünsüzlüyü vurğulanıb. Həmçinin vurğulanıb ki, media orqanları təhqir, şəxsi həyata müdaxilə və hüquqların pozulmasına dair məlumatların qarşısını almaq üçün təsirli vasitələrdən istifadə etsələr də, bəzən fərqli fikirlər oxuculara çatdırıla bilər.
Məhkəmənin qərarında Adnan Oktarın təhqirə məruz qaldığına dair iddiasını sübuta yetirə bilmədiyi öz əksini tapıb.
Mənbə:> Teleqraf.com