Adnan Oktarın ilk ifadəsi: "Mən dəli deyiləm..."
Türkiyədə iki gün öncə həbs olunan, özünü ilahiyyatçı kimi qələmə verən Adnan Oktar istintaqa ilk ifadəsini verib.
AzNews.info azvision.az-a istinadən xəbər verir ki, Oktar ifadəsində "dəli" olmadığnı bəyan edib.
O bildirib ki, bununla bağlı xəstəxana arayışları var: "Mən dəli deyiləm. 60-a yaxın xəstəxananın bununla bağlı arayışı var".
Qeyd edək ki, ötən gün 62 yaşlı Adnan Oktarın villası detektorlarla axtarılıb, ərazidə qazıntı işləri aparılıb. Təşkilata üzv olmaqda şübhəli bilinən 235 şübhəlidən 192-si yaxalanıb. 43 şübhəli isə axtarışdadır. Bundan başqa 106 qadın şübhəlidən 105-i artıq saxlanılıb. Zərərçəkmişlərin sayı isə 82-yə çatıb.
Polis əməkdaşları bildirir ki, təhdid, şantaj və "çirkli pul"ların yuyulmasından aylıq 10 milyon dollar gəlir əldə edən təşkilatın "itmiş" 200 milyon lirəsinin aqibəti araşdırılır.
Mənbə:> Azvision.az