Ebru Adnan Oktarın onun başına açdığı oyunlardan danışdı: “25 ildir…”
Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarla bağlı daha bir məşhur sima danışıb.
AzNews.info Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model Ebru Şimşek səssizliyini pozaraq Oktarla bağlı açıqlama verib.
“İllərdir Adnan Oktarın əməllərinin üstünün açılması ilə mübarizə aparıram. Nəhayət, cəzasını aldı. Onun ən böyük qurbanı mənəm. Əslində 19 il deyilir, amma mənim mübarizəm 25 ildir davam edir. 18 yaşımdan təkbaşına Adnan Oktarla mübarizə aparıram. 25 il əvvəl nələr dedimsə, bu gün hamısı gerçəkləşdi. Bütün günüm məhkəmələrdə keçirdi. Amma haqqımda edilən 300 şikayətin hamısından təmiz çıxdım” deyə, Ebru bildirib.
Model bildirib ki, Adnan onu hər zaman şantaj edib. 18 yaşında ən məşhur modellərdən biri olub. Amma Adnan Oktara görə işini görə bilməyib. Çünki tez-tez polis idarəsinə aparılır, haqqında şikayətlər olduğu deyilirdi. “Mənə dedi ki, səni televiziyada və qəzetlərdə gördüm. Çox bəyəndim, gecə geyimini də götür gəl və mənimlə yaşa. Sənə “Jaguar” alacam, “Versace”dən ucuz brend geyinməyəcəksən. Mən də qəbul etmədim və hər şey buradan başladı. ABŞ-da ailəmlə yaşayıram, çox xoşbəxtəm. Bu gün olanlara çox sevindim. Haqq yerini tapdı” deyə, keşmiş model sözlərini tamamlayıb.
Qeyd edək ki, Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.
Mənbə:> Axşam.az