Adnan Oktardan şikayət edənlər arasında Azərbaycan vətəndaşları da var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal

Adnan Oktardan şikayət edənlər arasında Azərbaycan vətəndaşları da var

Adnan Oktardan şikayət edənlər arasında Azərbaycan vətəndaşları da var


İyulun 11-də Türkiyədə saxlanılan, özünü din xadimi kimi təqdim edən Adnan Oktarın rəhbərlik etdiyi qruplaşmaya qarşı şikayətçi olanların sayı günbəgün artmaqdadır.

AzNews.info-nun Qafqazinfo.az-a istinadən verdiyi məlumata görə, bu qruplaşmaya qarşı əməliyyatın başlamasından sonra son 5 gündə 45 nəfər polisə gedərək şikayət edib.

Bildirilir ki, 45 nəfərdən ikisi azyaşlı uşaqdır, onlara müxtəlif vaxtlarda təcavüz edilib.

11-18 yaşlarında olan 15 yeniyetmə də Oktar quruluşu tərəfindən cinsi istismara məruz qalıb.

Şikayət edənlər arasında Azərbaycan, Hollandiya, Qətər, Avstriya və Qazaxıstan vətəndaşları da var.

Qeyd edək ki, İstanbul daxil olmaqla, eyni zamanda 120 bölgədə-4 ünvanda keçirilən xüsusi əməliyyata vertolyotlar, onlarla maşın cəlb edilib. Adnan Oktarla yanaşı 235 müridi də saxlanılıb.

Oktar Türkiyəyə aid gizli sənədləri və məlumatları MOSSAD vasitəsilə İsrailə ötürmə, kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma və bir sıra digər maddələrlə ittiham olunur.

Paylaş:

Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *