ABŞ-dan Köçəryanın həbsiylə bağlı bəyanat
ABŞ Ermənistan hökumətini 1 mart qırğını ilə bağlı ciddi, etibarlı və müstəqil şəkildə araşdırma aparmağa səsləyib. Bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrindən biri deyib.
Qeyd edək ki, 1 mart qırğını ilə bağlı aparılan araşdırmalar nəticəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan həbs edilib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Xaçaturova qarşı isə cinayət işi açılıb və o, hazırda girov müqabilində azadlıqdadır.
Üstəlik, Ermənistanın keçmiş müdafiə naziri Mikayıl Arutyunyan da qiyabi olaraq həbsə məhkum edilib.
Mənbə:> Bizimxeber.az