Köçəryan onu ittiham edənlərə meydan oxudu
Ermənistanın eks-prezidenti Robert Köçəryan qiyabi formada istənilən suala cavab verə bilər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Köçəryanın mətbuat katibi Viktor Soqomonyan deyib.
“Köçəryanın dediklərində nə dövlət, nə də xidməti sirlər olacaq. Buna görə də biz İstintaq Komitəsindən Köçəryanın sorğusunun videoya çəkilməsini istəyəcəyik. 1 mart 2008 və 27 oktyabr 1999-cu il (parlament teraktı) hadisələri ilə bağlı faktlar gün işığına çıxanda cəmiyyət çox təəccüblənəcək”, – deyə o bildirib.
Mənbə:> Virtualaz.org