Hikmət Hacıyev: Demokratiya Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Hikmət Hacıyev: Demokratiya Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur

Hikmət Hacıyev: Demokratiya Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur


Şavarş Köçəryanın söylədiyi fikirlər xüsusi şərhə layiq olmasa da, bu şəxsin institusional yaddaş zəifliyindən əziyyət çəkdiyini görərək ona küçələrə çıxaraq paytaxt Yerevan və ölkəni bürümüş kütləvi iğtişaşlara baxmağı xatırlatmaq istərdik.

Demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin.

Bu barədə Oxu.Az-a Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryanın Azərbaycan haqqında söylədiyi fikirlərini şərh edən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, Ermənistanın hərbi xuntasının yürütdüyü uğursuz daxili və xarici siyasətin, o cümlədən Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb.

“Əhalisinin 50 faizdən artığı ifrat yoxsulluq şəraitində olan, xarici borcu ümumdaxili məhsulu bir neçə dəfə üstələyən, demoqrafik böhran şəraitində olan Ermənistan tarixi reallıqdan məhrum “mifik soyqırımı” digər ölkələrin parlamentlərində deyil, əsl faciəni Ermənistanın “njdexeizm” adlı faşist ideologiyasına xidmət edən hərbi diktatura rejiminin əməllərində axtarmalıdır”, - deyə, azərbaycanlı diplomat bəyan edib.

Qeyd edək ki, ATƏT-in Bakı ofisinin bağlanmasından danışan erməni xarici işlər nazirinin müavini Şavarş Köçəryan Azərbaycan rəhbərliyini ittiham etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *