İran ABŞ-dan şikayət etdi
İran birtərəfli sanksiyaların tətbiqi ilə əlaqədar ABŞ-dan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə şikayət edib.
Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” hesabında yazıb.
O qeyd edib ki, birtərəfli sanksiyaların yenidən tətbiqinə görə İran ABŞ-ın məsuliyyətə cəlb edilməsini istəyir:
“İran qanunun aliliyinə sadiqdir. ABŞ-ın beynəlxalq hüququ pozan adətlərinə qarşı mübarizə aparmaq borcumuzdur”.
Mənbə:> Oxu.Az