BƏƏ kralının ailəsini tənqid edən şeyxin oğlu Qətərdən sığınacaq aldı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yeddi əmirliyindən biri olan Fuceyre şeyxi Şeyx Həməd bin Muhammed Əl Şərqinin oğlu Rəşid bin Həməd Əş Şərqi öldürülmə qorxusu ilə 16 may tarixindən Qətərdən sığınacaq alaraq gizlənir.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, təhlükədə olduğunu bildirilən Əş Şərqinin son zamanlar BƏƏ-nin Əbu-Dabi vəliəhdi Şahzadə Şeyx Muhammed bin Ziyad Əl Nahyanı sərt şəkildə tənqid edib.
Əş-şərqinin kral ailəsinə dair etdiyi tənqid ölkə tarixində 47 ildə ilk dəfə yaşanıb.
BƏƏ-nin Vaşinqtondakı səfirliyi isə məsələ ilə bağlı açıqlama verməkdən boyun qaçırsa da, Qətər rəsmiləri Əş-Şərqinin Doha şəhərində olduğunu təsdiq edib.
Qeyd edək ki, BƏƏ İngilislərin 1971-ci ildə Bəsrə şəhərindən çəkilməsindən sonra yeddi əmirliyin birləşməsi ilə qurulub. Hər əmirlik öz şeyxləri tərəfindən idarə edilsə də, dövlət idarəçiliyi eyni zamanda Əbu-Dabi əmiri Şeyx Xəlifə Bin Zayid Əl Nahyan və ailəsinin əlindədir.
Mənbə:> Oxu.Az