İlham Əliyev Qətər Əmiri ilə görüşdü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi

İlham Əliyev Qətər Əmiri ilə görüşdü

İlham Əliyev Qətər Əmiri ilə görüşdü


Bu gün Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Oxu.Az xəbər verir ki, bundan öncə rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Azərbaycan Prezidenti İlham Əliyev Qətər əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qətər əmirinə raport verib. İki ölkənin dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Qətər əmirinə, Qətərin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunub.

Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin əmiri əlahəzrət şeyx Təmim bin Həməd Al Tani ilə təkbətək görüşü olub.

Görüşdə ölkələr arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. İqtisı potensialın olduğu vurğulanıb.

Bu səfərin münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyi diqqətə çatdırılıb.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *