Çingiz Abdullayev: “Onlar ölkəmizi parçalamaq istəyirlər!” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Çingiz Abdullayev: “Onlar ölkəmizi parçalamaq istəyirlər!”

Müəllif: Çingiz Abdullayev
Çingiz Abdullayev: “Onlar ölkəmizi parçalamaq istəyirlər!”

Gəncə hadisələrinə dair. Birmənalı olaraq, bu faciədir. İlk növbədə. İki polis zabiti həlak olub.

Vəzifə borclarını yerinə yetirərkən həlak olublar. Yalnız bu hal faciəni istəyərək, yaxud istəmədən öz maraqlarına uyğun şəkildə qələmə verməyə çalışanların hamısı tərəfindən hörmətə layiqdir. Müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində sualın qoyuluşunun özü mənə səhv görünür. Heç bir halda dinin əhəmiyyətini anlamayan cahil insanlara bənzəmək olmaz. Buna görə də, dinimizi elə bizi döymək üçün istifadə edən düşmənlərimizə bənzəməyək. Radikal düşüncəli qatil və mömin müsəlman tamamilə fərqli anlayışlardır. Azərbaycan dünyəvi dövlətdir və burada insanların böyük əksəriyyətinin dini islamdır. Bəlkə qətlə yetirilmiş polis əməkdaşları müsəlman deyildilər? Dinimizin bütün qanun-qaydalarına müvafiq olaraq, onlar şəhiddir, çünki vəzifə başında həlak olublar!

Çingiz Abdullayev: “Onlar ölkəmizi parçalamaq istəyirlər!”


İndi isə əsas məsələ. İstənilən halda, bu və ya digər məmurdan istənilən narazılıq səviyyəsində və dinə ən böyük məhəbbət olduqda belə küçəyə çıxaraq polis əməkdaşlarını öldürmək olmaz. Dünyanın heç bir yerində yol verilən hal deyil. Demokratik ölkələrdə hücum edənləri elə yerindəcə güllələyərdilər. Heç kim haqq vermir ki, asayiş keşikçilərinə əl qaldırılsın! Heç kim və heç bir yerdə. Əlbəttə, bu faciədən düşmənlərimiz də, tənqidçilərimiz də öz maraqlarına uyğun istifadə edəcəklər. Bu cür rahat fürsət düşüb!

Düşünürəm ki, ciddi komissiya yaratmaq və bütün baş verənləri araşdırmaq sadəcə zəruridir. Hüquqi qiyməti hər zaman hüquq-mühafizə orqanları verir. Lakin mütləq ictimai nəticə da çıxarılmalıdır, belə ki, bu cür hallar ölkəmizdə təkrarlanmamalıdır. Bütün baş verənlər diqqətlə və ədalətlə araşdırılmalıdır və birmənalı olaraq bildirilməlidir ki, bu cür hallar, hansı motiv altında gizlənirsə gizlənsin, qəti şəkildə yolverilməzdir. Bu cür etiraz aksiyalarını maliyyələşdirməyə hazır həddən çox qonşularımız var ki, məqsədləri ölkəmizi parçalamaqdır. Bunu isə yaddan çıxarmaq olmaz!

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *