İsa Qəmbər: “Türkiyə ordusuna etimadın azalmasına yol vermək olmaz” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İsa Qəmbər: “Türkiyə ordusuna etimadın azalmasına yol vermək olmaz”

İsa Qəmbər: “Türkiyə ordusuna etimadın azalmasına yol vermək olmaz”


«Bu dövlət çevrilişinə cəhd idi və elə cəhd olaraq da qaldı». İyulun 15-də Türkiyədə baş verənlər haqda danışan Strateji Milli Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər AzadlıqRadiosuna belə deyib.

Onun fikrincə, Türkiyə dövləti qanunauyğun şəkildə bu cəhdin qarşısını alıb.

İ.Qəmbər burdan çıxarılası nəticələr olduğunu da vurğulayır: «Araşdırmaq lazım gələcək ki, hansı obyektiv amillər və ya idarəetmədəki boşluqlar buna səbəb olub. Bunları aradan qaldırmaq lazımdır. Amma ən əsas nəticə budur ki, Türkiyə dövləti bundan sonra Atatürkün müəyyən etdiyi demokratik yolla yoluna davam etməlidir».

İ.Qəmbər hesab edir ki, indən belə Türkiyədə demokratiyanın inkişafına yönəlik qərarlar çıxarılmalıdır.

SMDM rəhbərinin fikrincə, heç bir halda orduya etimadın azalmasına yol vermək olmaz: «Bundan sonra orduya etimad daha da güclənməlidir».

Mənbə: Azadlıq Radiosu
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *