Azərbaycan XİN-i açıqlama yaydı: "Qardaş Türkiyədə baş vermiş hadisələr..."
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Türkiyədə baş vermiş hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir: “Qardaş Türkiyədə baş vermiş hadisələr bizi ciddi surətdə narahat etdi və sarsıtdı. Bu, demokratik yolla Türkiyə xalqının seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdidir. Türkiyə milləti və dövləti birlik və bərabərlik nümayiş etdirərək buna qarşı çıxmışdır.
Qardaş Türkiyə xalqı və dövlətinin yanında olduğumuzu bir daha bəyan edərək, tezliklə vəziyyətin tam şəkildə sabitləşəcəyinə və normallaşacağına əminliyimizi ifadə edirik”.
Mənbə:> ATV.az