Türkiyə XİN Qarabağ döyüşü haqqında açıqlama yayıb
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana qarşı yönələn hərəkətlərini pisləyir. Bu barədə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Bəyanatda Ermənistana atəşi dayandırmaq və barışığa riayət etmək çağırışı yer alıb. "Şəhid olan azərbaycanlıq qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirik. Ermənistanı atəşkəsə riayət etməyə və atəşə tezliklə son verməyə səsləyirik.
"Ermənistanın təxminən əsrin dörddə biri qədər müddətdə Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayır. Bu işğal sona çatmadığı,Ermənistan təcavüzkar mövqeyindən əl çəkmədiyi müddətcə belə hadisələrin baş vermə təhlükəsi təəssüf ki mövcuddur. Bu çərçivədə BMT Təhlükəsizlik Şurasının da qərarlarını diqqətə alaraq, Ermənistanın işğala bir an öncə son verməsi ilə bağlı çağırışımızı təkrar edirik".
XİN qeyd edib ki, Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərcivəsində ədalətli, qalıcı həll yolları səylərini dəstəkləyir.
Bu gün həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla cəbhədə baş verən hadisələrdən sonra dövlət başçısı İlham Əliyevə zəng edib.
Türkiyə prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.
Mənbə:> ANSPRESS