XİN: Terrorizmə qarşı mübarizədə Azərbaycan Türkiyə ilə həmrəydir
“Qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı veririk”.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyini bəyan edib.
Bu barədə Oxu.Az-a XİN-in mətbuat xidmətindən bildirilib.
“Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə qardaş Türkiyə ilə həmrəyliyini bir daha ifadə edir”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, iyunun 28-də axşam saatlarında törədilən terror aktı nəticəsində 36 nəfər həlak olub, 147 nəfər yaralanıb.
Mənbə:> Oxu.Az